Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli saxlanılıb.
Teleqraf.com-un məlumatına görə, Anar Məmmədlinin vəkili Elçin Sadıqov bildirib ki, hüquq müdafiəçisi “Abzas Media” işi üzrə şahid qismində cəlb edilib.
“Mən öz orderimi və vəkillik vəsiqəsini təqdim etsəm də, polis məni Anar Məmmədli ilə görüşə və axtarışda iştiraka buraxmır”, -deyə Elçin Sadıqov bildirib.