13 Avqust 2014 14:02
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aktyor Robin Uilyamsın ölümü İraq Şam İslam Dövləti (İŞİD) üzvləri arasında əməlli-başlı qalmaqal yaradıb


Ötən gün bütün dünya Uilyamsın intihar xəbəri ilə sarsılıb. Uilyamsın ölüm xəbərinin yayılmasından sonra “Twitter”də aktyora olan sevgilərini dilə gətirən İŞİD üzvləri sərt tənqidlə üzləşib.

Abdulla adlı 19 yaşlı İŞİD fəalı Twitter hesabında “Robin Uilyams ölüb? Çox qəribədir. Onun filmləriylə böyümüşəm” sözlərini yazıb. Digər İŞİD üzvü isə ona “Doğrudan da təəssüf. “Cumancı”nı çox sevirdim. Hətta kasetə də yazmışdım”,-deyə cavab verib.

“Twitter” istifadəçiləri Abdullanın filmlər və aktyorla bağlı yazdıqlarına xeyli təəccüblənib. 19 yaşlı gənc isə “İŞİDi və cihadı dəstəkləmək, həm də kinoya baxmaqda qəribə nə var, anlamıram” deyib.

Ancaq Uilyamsın ölümünə görə başsağlığı verən İŞİD üzvlərinə qarşı hücumlar səngimək bilməyib. Təşkilat üzvü “Twitter”də aktyorun İslam və cihad haqda fikirlərini paylaşıb və “Robin Uilyamsın ölümündən təəssüflənənlərə deyirəm ki, inancınızı bir də gözdən keçirin. O, intihar edib, arvad paltarında milyonlarla insanın qarşısına çıxıb və dinimizi ləkələyib. Allah onu cəhənnəmdə cəzalandırsın. Yaxşı filmlərə çəkilib, amma o, kafirdir” sözlərini yazıb.

Tənqid və hədələrdən sonra gənclər Uilyamsla bağlı yazdıqları xoş sözləri silməyə məcbur olub.

1937.az


Müəllif: