ABŞ sakini Con Fleneqen iyunun 1-i gecəsi Alabama ştatında qeyri-adi uçan obyekt görüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Esoreiter” portalı məlumat yayıb.
Con Fleneqen Hantsvill şəhərində avtomobillə gedərkən, şimşəyin çaxmasını telefonla lentə alıb. Ancaq bu an gözlənilmədən səmada böyük ölçülü sirli gümüşü disk peyda olub.
Sosial şəbəkələrdə paylaşılan video insanların marağına səbəb olub. Bəzilərinin fikrincə, kameraya düşən naməlum uçan obyektdir (UNO). Digərləri isə bunu hər hansı bir əşyanın avtomobilin şüşəsindəki əksi hesab edirlər.
Görüntüləri analiz edən bir çox ufoloqlar isə bunun həqiqətən UNO olduğuna əmindirlər. Onlar UNO-nun vizual olaraq avtomobilin şüşəsindən uzaqda yerləşdiyini bildirirlər. Ufoloqların fikrincə, əgər o, hər hansı əşyanın əksi olsaydı, kadrlarda yalnız şimşək çaxan zaman deyil, daim görünməli idi.