8 İyun 2018 16:52
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının lideri Si Cinpin birgə bəyanat imzalayıblar.

Teleqraf.com “RİA Novosti”yə istinadən xəbər verir ki, Putinin Pekində Si Cinpinlə danışıqlarının yekunlarına əsasən, tərəflər beynəlxalq avtomobil daşımaları haqqında saziş və investisiya əməkdaşlığının daha da möhkəmləndirilməsi haqqında memorandum imzalayıblar. Həmçinin atom energetikası və kosmosun öyrənilməsi sahəsində razılaşma əldə olunub.

Bundan başqa, Putin və Si Cinpin İranla bağlanmış nüvə sazişinin sadiq qaldıqlarını bildiriblər.

Qeyd edək ki, Putinin Çin səfəri iyunun 10-dək davam edəcək.


Müəllif: Ruslan

Oxşar xəbərlər