9 İyun 2018 08:48
3 753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Mərkəzi Afrika Respublikası (MAR) arasında yaranmış yeni münasibətlər dünyanın diqqət mərkəzinə düşüb.

Teleqraf.com Ukrayna KİV-ə istinadla xəbər verir ki, MAR başçısı Faustin Tadera keçən ilin noyabr ayında Moskvaya səfər edərək bir sıra anlaşmalara imza atıb.

Lakin Rusiya Prezidenti Vladimir Putinin gözlənilmədən MAR-a – illərdir davam edən vətəndaş müharibəsinin xarabalığa çevirdiyi bir Afrika ölkəsinə maraq göstərməsi Taderanın sürpriz səfərindən daha ilginc ehtimalları yaradıb.

Afrikanın bu yoxsul ölkəsində baş verənlərə nəzər salsaq, müəyyən məqamlar üzə çıxır. Bir neçə il əvvəl üsyançılar diktator Fransua Bozizeni devirdilər. Lakin bu, MAR-da qorxulu böhrana – iqtisadiyyatın tamamilə çökməsinə gətirib çıxardı. BMT bundan sonra respublikaya silah satışını qadağan etdi.

BMT-nin hesabatına görə, ölkə əhalisinin 100%-nin humanitar yardıma ehtiyacı var. Moskvada Putinlə görüşən Taderanın başçılıq etdiyi hökumət isə ölkənin yalnız az bir hissəsinə nəzarət edə bilir.

MAR tamamilə ayrı-ayrı silahlı qruplaşmaların və üsyançı dəstələr arasında parçalanıb. BMT-nin vəziyyətə nəzarəti ələ almağa çalışdığı bu vaxtda isə Putin-Tadera görüşünün detalları üzə çıxmağa başlayıb. İddiaya görə, Moskvada olarkən Putinlə mədən sahəsi üzrə bir sıra müqavilələr imzalayan MAR başçısının ondan hərbi yardım istəyib.

Məlum olub ki, uran, qızıl və almaz yataqları ilə zəngin olan MAR başçısı ölkəyə nəzarəti ələ almaqda ona kömək edəcəyi halda, Putinə nəhəng sərvət vəd edib.

Anlaşma yerinə yetiriləcəyi halda Rusiya yaxın günlərdə Afrikaya ordu göndərə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər