9 İyun 2018 17:50
1 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Roseanne” serialı ilə məşhurlaşmış aktrisa Rozanna Barr sosial şəbəkədə yazdığı irqçi mesaja görə işini və karyerasını itirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 65 yaşlı aktrisa evinin həyətində gözyaşı içində telefonla danışarkən görüntülənib.

Amerikalı aktrisa Tvitterdəki paylaşımda ABŞ-ın eks-prezidenti Barak Obamanın qadın məsləhətçilərindən Valeriya Jarriettini meymuna bənzədib. Bu səbəbdən ABŞ televiziyası Barrın baş rolda oynadığı və iki ay əvvəl efirə qayıdan “Roseanne” filminin yayımını dayandırıb.

Aktrisa sosial şəbəkə vasitəsi ilə Valerie Jarrett və bütün amerikalılardan üzr istəyib: ”Etdiyim zarafat üçün məni bağışlayın”.


Müəllif: Naibə Qurbanova

Oxşar xəbərlər