Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Putin bildirib ki, Rusiya-Ermənistan rəsmiləri arasında hər zaman bu cür görüşlərin keçirilməsinə ehtiyac var.
“Beynəlxalq idman yarışı ərəfəsində ikitərəfli münasibətləri müzakirə etmək imkanı yaranıb. Biz Ermənistanla iqtisadiyyat sferasında bir nömrəli tərəfdaşıq. Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması əməkdaşlığa mühüm töhfə oldu", deyə Putin qeyd edib.
Paşinyan isə münasibətlərin iki ölkənin milli maraqlarına hörmətlə yanaşmaqdan keçdiyini bildirib.