ABŞ Prezidentinin mətbuat katibi Sara Sanders Donald Trampın Krımın Rusiya ərazisi olduğunu söyləməsinə dair KİV-də yayılan məlumatı şərh etməkdən imtina edib.
Teleqraf.com-un məlumatına görə, Sanders bildirib ki, Trampın belə bir fikir səsləndirməsinə dair yayılan məlumatla tanış deyil:
“Bu barədə məlumat yayıldığını bilmirəm. Özümün iştirak etmədiyim şəxsi müzakirələri şərh etməyəcəm”.
S.Sanders bu barədə onda hər hansı informasiya olmadığını da vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən həftə Kanadada keçirilən “G-7” sammitinin gedişində sammitdə iştirak edən liderlərə Krımın Rusiyaya məxsus olduğunu bildirib. Bu barədə Amerikanın “BuzzFeed News” portalı iki diplomatik mənbəyə istinadən xəbər yayıb.
“Prezident Tramp “G-7” liderlərinə bildirib ki, Krım Rusiyanındır, çünki orada hamı rusca danışır”, - deyə məlumatda vurğulanır.