ABŞ-ın Kaliforniya ştatının Apelyasiya Məhkəməsi ölümcül xəstələrin evtanaziya olunmasına dair qanunun hüquqi qüvvəsini bərpa edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Los Angeles Times” məlumat yayıb.
Sözügedən qanun yarım ildən az ömrü qalan xəstələrə öldürücü dərmanların verilməsini nəzərdə tutur.
Qeyd edək ki, may ayında Kaliforniya Ali Məhkəməsini hakimi Daniel Ottoliya məsələnin konstitusiyada öz əksini tapmadığını bildirmişdi. Bunun nəticəsi olaraq Apelyasiya Məhkəməsi belə bir qanun qəbul etməli olub.
Evtanaziya hazırda Vaşinqton, Oreqon, Kaliforniya, Vermont, Montana, Kolorado və Havay ştatında mövcuddur.