Yunanıstanın xarici işlər naziri Mikos Kotzias və keçmiş Yuqoslaviyanın tərkibində olmuş Makedoniyanın xarici işlər naziri Nikola Dimitrov Makedoniyanın yeni konstitusion adına dair müqavilə imzalayıblar.
Teleqraf.com xəbər verir ki, müqaviləyə BMT-nin xüsusi nümayəndəsi, danışıqlarda vasitəçilik edən Metyu Nimitsa da imza atıb.
Müqaviləyə əsasən ölkə bundan sonra Şimali Makedoniya Respublikası adlandırılacaq. Bu müqavilə tarixi razılaşma hesab olunur. O iki Balkan ölkəsi arasında uzun illərdir davam edən mübahisəyə son qoyacaq. Həmçinin, Skopyenin NATO və Avropa İttifaqına daxil olması üçün qapılar açacaq.
Qeyd edək ki, Afina qonşu ölkənin adının Yunanıstanın Makedoniya vilayəti ilə dəyişik salınmaması üçün ölkənin adının dəyişdirilməsini tələb edirdi.