17 İyun 2018 19:42
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şotlandiyada Qlazqo İncəsənət Universitetində baş vermiş yanğın nəticəsində tarixi Makintoş binası yanıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində binaya milyonlarla dollar dəyərində maddi zərər dəyib.

Bina 2014-cü ildə təmir edilmişdi. Yanğında həlak olan və yaralananlar olmasa da, tarixi bina yanaraq kül olub.

Qeyd edək ki, memarı Çarlz Renn Makintoş olan bina 1897-1909-cu illərdə tikilib.


Müəllif: Mənsur Rəğbətoğlu