Məşhur müğənni Dəmət Akalının ailə rəsmi sosial mediada müzakirə mövzusuna çevrilib.
Teleqraf.com xəbər verir ki, müğənni rəssam Arda Böyükün çəkdiyi ailə tablosunu İnstaqram hesabında paylaşıb.
Müğənninin paylaşımı izləyiciləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Amma şəkli müzakirə edənlər də olub. İzləyicilər müğənninin həyat yoldaşı Okan Kurtun çılpaq olması, Akalının özünün Əbru Gündəşə bənzəməsi haqda müxtəlif fikirlər yazıblar.
İzləyicilərdən birinin “Kürəkən Okan bir az çılpaq qalıb” şərhinə müğənni “bəli, bir az bağlasaq pis olmaz” deyə qarşılıq verib.