Tailand kral ailəsinə aid bütün mal və mülkiyyətin yeni Kral Maha Vajiarlonqkorun səlahiyyətinə verildiyi elan edilib.
Teleqraf.com xəbər verir ki, bu haqda məlumat Tailand Kral Mülkiyyət Bürosunun rəsmi internet səhifəsində açıqlanıb.
Qeyd edilib ki, 2016-cı ildə vəfat edən Kral Bhumibol Adulyadekə aid mülklərin yeni Kral Maha Vajiarlonqkorun adına keçirilib.
Qeyd edək ki, Tailand kral mülkiyyətinə aid olan əmlak və malların sayı dəqiq bəlli deyil.
“Forbest” Jurnalı 2012-ci ildə Kral Bhumibol Adulyadin şəxsi sərvətinin krallıq xəzinəsindəki daşınmaz mülklər, digər yatırımlarla birlikdə 30 milyard dollar olduğunu təxmin etmişdi.