18 İyun 2018 17:04
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Langone Universiteti Tibb fakultəsi reanimasiya şöbəsinin müdiri Sam Parnia insan öldükdən sonra beyninin işlədiyini iddia edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, “Ölümdən sonra həyat varmı?” sualını gündəmə gətirən tədqiqat aparılıb.

Həkimlər kliniki ölümdən sonra insan beyninin işlədiyinə dair elmi sübutlar tapıblar. Xəstə vəfat etdikdən sonra beyin 10 dəqiqə ərzində fəaliyyət göstərir. Həkimlər ürək çatışmazlığından ölən 330 xəstədən 140-ı üzərində araşdırma apardıqdan sonra bu qənatə gəliblər.

Araşdırmaya görə, bu insanların 39 faizi ürəyi dayandıqdan sonra müəyyən bir səviyyədə şüurlu olurlar.

Üzərində ürək masajı edilən xəstələr bir müddət ərzində ətrafında baş verən hadisələri görür, hətta səhiyyə işçilərinin onun üçün “öldü” dedikləri sözü belə eşidirlər. Ürək dayandıqdan 2 dəqiqə 20 saniyə sonra beyin hüceyrələri hərkətdən qalır.

Məlumatda qeyd edilib ki, beyin hüceyrələrində ölümlə nəticələnən bir sıra dəyişikliklər olsa da beynin tamamilə öldüyünü ürək dayandıqdan bir neçə saat sonra dəqiqləşdirmək mümkün olur.


Müəllif: Naibə Qurbanova