On dörd yaşlı qıza təcavüz edən 24 nəfər saxlanılıb.
Teleqraf.com xəbər verir ki, hadisə Türkiyənin Antalya şəhərində baş verib.
Polisdə çalışan A.B. adlı qadın qıznın qarnının böyüdüynü görəndə onu həkimə aparıb. Müayinələr qızın hamilə olduğunu göstərib.
Şoka düşən ana polisə şikayət edib. Psixoloq nəzarəti ilə başına gələnləri danışan 14 yaşlı qız ilk dəfə 11 yaşında təcavüzə məruz qaldığını deyib.
Qızın ifadəsindən sonra polis 3 il ərzində qıza təcavüz etdiyi iddia olunan şübhəlilərin evinə basqın edib.
Aralarında polis məmurlarını da olan 24 şübhəli saxlanılıb. Onlar günahsız olduqlarını deyiblər.