ABŞ-da adı açıqlanmayan ailə fermada iti gəzdirərkən, xəzinə tapıb.
Teleqraf.com xəbər verir ki, Bonapart adlı alman iti gözlənilmədən qədim bir ağacın dibini qazmağa başlayıb. Ailə heyvanın nə üçün yeri qazdığını bilmək üçün oraya yaxınlaşıb. Ağacın dibini qazmağa başlayan ailə içində 20 ədəd metal qutu olan küp tapıb. Qabı təmizləyib içərisini açdıqda oradan 1400 ədəd qızıl dollar çıxıb.
10 milyon dəyərində olan qızıllar 1894-1947-ci illərdə istehsal edilib. ABŞ qanunlarına görə, tapılan xəzinədən dövlətə vergi ödənilmir. Bu səbəbdən tapılan pulun hamısı ailənin bank hesabına yatırılacaq.