Keçmiş argentinalı futbolçu Dieqo Maradona xəstəxanaya yerləşdirilib.
Teleqraf.com Lent.az-a istinadən xəbər verir ki, Argentina mediası paytaxt Buenos-Ayresdə xəstəxanaya yerləşdirilən Maradonanın həyatı üçün təhlükənin olduğunu yazıb.
Lakin futbolçunun qızı Dalma Twitterdə atası haqda yazılanları təkzib edib: “Atam müayinədən keçmək üçün xəstəxanadadır. Sağlığı ilə bağlı təhlükəli heç nə yoxdur”