Hindistanda inək kəsdikləri üçün iki kişi kütlənin qəzəbinə tuş gəlib.
Teleqraf.com xəbər verir ki, Uttar Pradeş əyalətində inək kəsməkdə şübhəli bilinən iki kişi insanlar tərəfindən daş-qalaq edilib. Linç edilənlərdən biri xəstəxanada dünyasını dəyişib.
Şahidlərin məlumatına görə, kənddə 38 yaşlı Qasım və 65 yaşlı Şamiuddinin inək kəsdiklərinə dair məlumat dolaşıb. Kənd sakinləri inanclarının təhqir olunduğunu iddia edərək hər iki şəxsi daş-qalaq ediblər.
Qeyd edək ki, Hindistanda inək müqəddəs heyvan sayılır. Bu ölkədə inək əti yeyənlərə, xüsusilə də, müsəlmanlara qarşı aqressiv münasibət mövcuddur.