Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) “İnter RAO” şirkətinin əməkdaşı Karina Tsurkanı həbs edib.
Teleqraf.com xəbər verir ki, Karina Tsurkan Rusiya tərəfindən Türkiyədə inşa ediləcək ilk nüvə stansiyası olan “Akkuyu” projesində rəhbər heyətdə təmsil olunub.
Qeyd edək ki, Moldova əsilli olan Karinanın həbsi ötən həftə mətbuata sızmışdı. Lakin istintaq sirri olduğu üçün ad açıqlanmamışdı.
Moskvadakı Lefrotova həbsxanasında saxlanılan Karina yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq.
Elektrik paylayıcı şirkət olan “İnter RAO” hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd edilib ki, həbs edilən və şirkətin rəhbərlərində olan şəxslə bağlı xoşagəlməz proseslərin şirkətə heç bir aidiyyəti yoxdur.
Bu ara bəlli olub ki, Karina Ruminiya məxfi xidməti üçün işləyib, Rusiyaya aid dövlət sirri sayılacaq bilgiləri Ruminiya kəşfiyyatına sızdırıb.
Rusiya qanunlarına əsasən Karina Karina Tsurkanı10-20 il müddətinə həbs gözləyir.