Müstəntiqlər Petrozavodskda polisi dişləyən kimi vəfat etmiş qadının ölüm səbəblərini araşdırırlar.
Teleqraf.com İnterfax-a istinadən xəbər verir ki, bu barədə sözügedən mətbu orqana Rusiya İstintaq İdarəsinin mətbuat xidmətinin nümayəndəsi Olqa Qolubenko məlumat verib.
Hadisə 4 gün bundan əvvəl şosse yolunda baş verib. Belə ki, polis işçiləri ictimai yerdə, bir qrup şəxsin sərxoş vəziyyətdə yığışmasını görüblər. Elə bu vaxt içkili qadınlardan biri onlara yaxınlaşan polis işçisinin üzərinə atılıb və onu dişləyib. Şahidlər bundan dərhal sonra qadının geri çəkilərək yerə yıxıldığını və öldüyünü deyirlər.
Hal-hazırda dişləmə və ölüm faktı üzrə araşdırmalar aparılır. Qolubenko eyni zamanda qadında ciddi xəstəliyin olduğunu da əlavə edib.