İsrail Dəməşq beynəlxalq hava limanının həndəvərinə raket hücumu həyata keçirib.
Teleqraf.com SANA-ya istinadla xəbər verir ki, İsrailə aid 2 raket Dəməşqdə hava limanı yaxınlığına düşüb.
Dəməşqin cənubunda yerləşən Dera qəsəbəsindən Anadolu Agentliyinə bildiriblər ki, Bəşər Əsədə aid hava hücumundan müdafiə sistemləri Dəməşqə raket zərbəsi endirən təyyarəni məhv etmək üçün hazır vəziyyətə gətirilib. Hətta bir neçə dəfə qarşılıqlı atəş açılıb.
Buna baxmayaraq İsrail qırıcıları Suriyanın cənub-qərbində yerləşən Dera və Kuneytra səmasında uçuşlar həyata keçirib.