29 İyun 2018 11:25
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin sanksiyaları İran xalqına çətinliklər yaradacaq, amma digər tərəfdən bu ölkənin inkişafına kömək edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Prezidenti Həsən Ruhani Bəndər-Abbasda neft emalı zavodunun açılış mərasimində çıxış edərkən deyib.

O qeyd edib ki, İran üzləşdiyi təhlükələri fürsətə çevirməlidir:

“Sanksiyalar xalqa təzyiq göstərəcək, çətinlik yaradacaq, lakin təşəbbüs, quruculuq və yaradıcılıq imkanları da olacaq”.

İran prezidenti Vaşinqtonun siyasətini şərh edərkən onu da dyib ki, ABŞ ilə Kanada, Meksika, Avropa İttifaqı və Asiya ölkələri arasında uçurum yaranıb.


Müəllif: Ruslan

Oxşar xəbərlər