Ötən gün Qəzza zolağında İsraillə sərhəddə baş vermiş toqquşma nəticəsində 2 fələstinli həlak olub, 415 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu haqda Qəzzanın səhiyyə nazirliyi məlumat yayıb.
Qurbanlardan biri 13 yaşlı yeniyetmədir. İsrail hərbçilərinin etirazçıları geri çəkmək üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.
Qeyd edək ki, üç aydır fələstinlilər “Böyük qayıdış marşı” adlı etiraz aksiyası keçirir.
Etirazçılar fələstinli qaçqınların doğma torpaqlarına buraxılmalarını tələb edir.