Rusiyanın Baş naziri Dmitri Medvedyev məşhur “Nu, poqodi!” cizgi filminin ssenaristi Aleksandr Kurlyandskini 80 illik yubileyi münasibətilə təbrik edib.
Teleqraf.com Rusiya hökumətinin rəsmi saytına istinadla xəbər verir ki, Dmitri Medvedyev Aleksandr Kurlyandskinin nəinki uşaqların həm də ciddi əsərlərin müəllifi kimi böyüklərin sevgisini qazandığını vurğulayıb.
Baş nazirin sözlərinə görə, indiki nəsil də Kurlyandskinin cizgi filmlərinə məmnuniyyətlə baxır.