2 İyul 2018 14:25
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada 18-24 yaş arası gənclərin 31 faizi ölkədən getmək istəyir.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ümumirusiya ictimai rəyinin öyrənilməsi mərkəzi məlumat yayıb.

Hər dördüncü (26 faiz) respondentin isə son illərdə ölkədən getmiş qohumu və ya tanışı var.

Rusların ən çox üz tutduğu ölkələr arasında Almaniya, ABŞ və İspaniya yer alır.

Apreldə keçirilən sorğuda isə gənc aspirantların yarısının Rusiyanı tərk etmək və xaricdə işləmək istədiyi məlum olub. Buna ən çox evlilik və uşağın olmasının mane olduğu vurğulanıb.


Müəllif: Ruslan

Oxşar xəbərlər