4 İyul 2018 09:01
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Olimpiya Komitəsinə 21 il rəhbərlik edən ispan əsilli Juan Antonio Samaranc KQB-nin casusu olub.

Teleqraf.com xəbər verir ki, bu haqda ilk dəfə keçmiş KQB agenti Popov illər əvvəl yazdığı kitabında bildirib.

Juan Antonio Samaranc sovet kəşfiyyatına işlədiyi haqda iddialara şərh verməyib.

Qeyd edək ki, soyuq müharibə illəri həm də casusluq qarşıdurması dövrü hesab olunur. 1989-cu ildə Berlin divarlarının yıxılmasına qədər film və kitab mövzusu olan casuslar indi də fəaldır, amma soyuq müharibə dövründəki qarşıdurmalar səviyyəsində deyil.

Bir dövrdə İngiltərə xarici kəşfiyyat xidməti olan Mİ6 üçün işləyən məşhur yazıçı Con Karenin kitablarını oxuyanlar SSRİ KQB-si ilə bitmək bilməyən mübarizəni daha təfsilatlı anlayacaqlar. Bu casuslardan ən məşhuru Kim Filpi idi. O, Mİ6 rəhbərliyində təmsil olunmasına baxmayaraq əslində KQB-yə casusluq edirdi. 1960-cı illərdə ifşa olunduqdan sonra yoxa çıxmış, az sonra Moskvada peyda olmuşdu.

10 il əvvəl isə Beynəlxalq Olimpiya Komitəsinə 21 il rəhbərlik edən Juan Antonio Samaranc KQB-nin casusu olduğu ortaya çıxıb. Bəlli olub ki, xarici kəşfiyyat xidmətləri hətta idmana belə sıza bilib.


Müəllif: Cavad