4 İyul 2018 14:48
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alman hökumətindən Trampa “ticarət müharibəsi” xəbərdarlığı

ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrinə gömrük vergisi tətbiq edəcəyinə dair təhdidini təkrarlamasından sonra Almaniya Kansleri Angela Merkeldən “ticarət müharibəsi” xəbərdarlığı gəlib.

Teleqraf.com xəbər verir ki, bu haqda Almaniyanın AFR agentliyi məlumat yayıb.

Merkel ABŞ-ın başda Almaniya olmaqla Avropa ölkələrinə yönəlik gömrük vergi təhdidinə qarşılıq olaraq “ticarət müharibəsi” xəbərdarlığı edib.

ABŞ son zamanlar gömrük vergisi və NATO-nun xərcləri mövzusunda vəziyyəti mürəkkəbləşdirir.

Qeyd edək ki, “Röyter” Agentliyinin xəbərinə görə, ABŞ Prezidenti Donald Tramp gələn həftə keçiriləcək NATO-ya üzv dövlətlərin liderlərinin toplantısı zamanı “ABŞ-ın dünyanın pul kisəsi” olmadığı haqqında müttəfiqlərinə xəbərdarlıq edəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər