Türkiyənin Mərkəzi Seçki Komissiyası iyunun 24-də keçirilən növbədənkənar prezident və parlament seçkilərinin yekun nəticələrini elan edib.
Teleqraf.com xəbər verir ki, prezident seçkilərinin qalibi 52,59 faiz səslə Rəcəb Tayyib Ərdoğan olub.
Onun əsas rəqibi Muharrem İnce 30,64 faiz, Selahattin Demirtaş - 8,40 faiz, Meral Akşener - 7,29 faiz, Temel Karamollaoğlu 0,89 faiz, Doğu Perinçek 0,20 faiz səs toplayıb.
Parlament seçkilərində isə 42,56 faiz səslə hakim Ədalət və İnkişaf Partiyası (AKP) qalib gələrək 600 deputat mandatından 295-nə sahib olub.