İrəvan meri Taron Marqaryan istefa verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Xəbərə görə, o, istefa ərizəsini yaxın saatlarda təqdim edib.
Qeyd edək ki, bir müddət öncə Ermənistanın paytaxtında hakim Respublika Partiyasının üzvü, şəhər meri Taron Marqaryanın istefası tələbi ilə etiraz aksiyası keçirilmişdi. Aksiya iştirakçıları rüşvət aldığı yerdə görüntülənən Taron Marqaryan istefaya göndərilib həbs edilənədək aksiyanı davam etdirəcəklərini söyləmişdilər.
O, rüşvət verərək şəhər meri seçilməkdə ittiham edilir.