10 İyul 2018 18:42
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın ikinci prezidenti Robert Köçəryana istintaqa çağırılması barədə xəbərdarlıq edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Köçəryanın ofisinin rəsmisi Viktor Şoqomonyan məlumat verib.

Şoqomonyan bu barədə ofisə iyulun 6-da məlumat daxil olduğunu bildirib. O, Köçəryanın istintaqa cavab verməyə hazır olduğunu diqqətə çatdırıb:

“İstinaqla bağlı heç bir problem yoxdur. Lakin Robert Köçəryan Ermənistana iyulun 25-dən tez qayıtmayacaq. Ölkəyə qayıdacağı halda o, istintaqa cavab verməyə hazırdır”.

Keçmiş prezidentin Rusiyada olduğu bildirilir. Ermənistanda nəşr olunan “Jamanak” qəzeti korrupsiya və dövlət əmlakını mənimsəməkdə ittiham edilən Köçəryanın Rusiyaya qaçdığını və istintaqdan yayındığını yazır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər