17 İyul 2018 09:01
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Arkanzas ştatında 2 aylıq qızını boğaraq qətlə yetirən atanı ölüm cəzası gözləyir.

Teleqraf.com xəbər verir ki, insident iyunun 12-də Van-Brüyenada qeydə alınıb. 19 yaşlı Teylor polisə zəng edərək, qızının nəfəs almadığını bildirib.

Xəstəxanaya çatdırılan 2 aylıq Peyslinin öldüyü qeyd edilib. İstintaq zamanı uşağın atasının polisə zəng etməsindən bir neçə saat əvvəl öldüyü müəyyənləşdirilib.

Daha sonra aydın olub ki, gənc ata saat 02.00-da ağlayan qızını özünə sıxaraq boğub. O, uşağın nəfəs almadığını gördükdə isə onu elektriklə həyata qaytarmağa çalışıb.

Hazırda Teylor birinci dərəcəli qətldə ittiham olunur. Arkanzasda isə bu ittihama görə ölüm hökmü verilir.


Müəllif: Ruslan