20 İyul 2018 07:35
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın "Akka Techonologies" şirkəti təyyarə və qatarın hibridini təşkil edən "Link & Fly" layihəsini təqdim edib. Şirkət yeni hazırlamasını nümayiş etdirən videonu özünün "YouTube" kanalında yerləşdirib.

Teleqraf.com "İKTnyus"a istinadən xəbər verir ki, kadrlarda göstərildiyi kimi, "Link & Fly" yerəenmə vaxtı qanadlarını yığaraq yolunu adi qatar kimi davam edir.

Təyyarənin ölçüləri "Airbus A320" ilə müqayisə edilə bilər: qanadlarının kənar nöqtələri arasındakı məsafə 49 metr, uzunluğu 34 metr, hündürlüyü isə 8 metr təşkil edir. Hava gəmisi 160 sərnişin daşımaq imkanına malikdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər