Keniya gözəli Ruz Kamande haqqında ölüm hökmü verilib.
Teleqraf.com xəbər verir ki, 24 yaşlı Ruz özündən bir yaş böyük olan sevgilisi Fərid Məhəmmədi öldürməkdə günahkar bilinib.
Məlumata əsasən, sevgilisinə 25 bıçaq zərbəsi vurmuş qız məhkəmədə peşman olmadığını bildirib.
Hakim edamın əvəzinə ömürlük həbs qərarının veriləcəyi təqdirdə başqa insanların da qətl törətməkdən qorxmayacağını söyləyib. Bu səbəbdən o, Keniya gözəli barəsində ölüm hökmü çıxarıb.