24 İyul 2018 22:49
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Respublikaçılar Partiyasından senator Lindsi Qrem və onun demokrat həmkarı Bob Menendes Rusiyaya sanksiyalar yolu ilə təzyiqin gücləndirilməsi üzrə qanun layihəsinin üzərində işə başlayıb.

Bu haqda Qremin saytında dərc edilmiş press-relizdə deyilir.

Senatorlar bildiriblər ki, onlar Rusiyanın təcavüzünə qarşı Konqresin aktiv rolunun saxlanılmasına sadiqdirlər.

Dərc edilmiş sənəddə aydınlaşdırılır ki, qanun layihəsi xüsusi halda, Rusiyanın energetika və maliyyə sektoru, Rusiya oliqarxları və müəssisələrinə qarşı sanksiyaların gücləndirilməsi, Rusiyanın suveren borcuna qarşı sanksiyaların tətbiqi və Rusiya təhdidlərinə operativ münasibət göstərmə üzrə Milli Mərkəzinin yaradılması əksini tapıb.

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı seçkilərə mümkün müdaxiləsi və prezident Trampın Rusiya ilə güman edilən əlaqələr müstəqil xüsusi prokuror Robert Müller, həmçinin ABŞ Konqresinin kəşfiyyat üzrə komitələri və Nümayəndələr Palatası tərəfindən araşdırılır.

Moskva isə ABŞ-dakı seçkilərə mümkün müdaxilə və prezident Trampın Rusiya ilə güman edilən əlaqələri barədə ittihamları əsasısz hesab edir.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər