Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yohannesburqda rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Ərdoğan Rusiya prezidenti ilə Suriyada mövzusunu, Dera və İdlibdəki vəziyyəti müzakirə edəcəyini söyləyib. Onun sözlərinə görə, Suriyada vəziyyət hələ ki istənilən ssenari ilə inkişaf etmir.
Qeyd edək ki, Türkiyə və Rusiya prezidentlərinin iyulun 26-da görüşəcəyi gözlənilir.