Türkiyəli müğənni Hülya Avşarın sosial şəbəkədə paylaşdığı video başına bəla olub.
Teleqraf.com “Hürriyet”ə istinadla xəbər verir ki, ABŞ-da başlayan və qısa müddətdə sosial mediada yayılan "do the Shiggy"yə qoşulan ifaçı cəzalandırılacaq.
Belə ki, Hülya hərəkətdə olan maşından düşdüyü üçün 235 lirə pul cəzası ödəyəcək və xəstəxanaya yerləşdirilərək psixoloji müayinədən keçiriləcək.