Böyük neft ehtiyatlarına sahib olmasına baxmayaraq son 5 ildə ciddi iqtisadi böhranla üzləşən Venesuela milli valyutası “bolivar”dan 5 sıfırı ixtisar edəcək.
Teleqraf.com xəbər verir ki, bunu televiziya çıxışı zamanı ölkə prezidenti Nikolas Maduro deyib.
Prezident bildirib ki, bu il gözlənilən yüksək inflyasiya ilə mübarizə çərçivəsində milli valyutada üç sıfırın yerinə beş sıfır ixtisar olunacaq.
Dövlət başçısı denominasiya qərarını Beynəlxalq Maliyyə Fondunun Venesuelada inflyasiyanın yüzdə bir milyon həddə çatacağını gözlənildiyi haqda açıqlamasından sonra deyib.
Xatırladaq ki, OPEK üzvü olan Venesuela 2014-cü ildən başlayaraq çöküş yaşayır. Neftin qiymətinin kəskin enişindən sonra ölkədə mövcud olan sosialist iqtisadiyyatında ciddi tənəzzül müşahidə edilməyə başlayıb.