27 İyul 2018 17:19
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanda İranın Təhsil naziri Məhəmməd Bəthayinin məktəblərdə qeyri-fars dillərin tədrisinin qadağan edilməsi ilə bağlı səsləndirdiyi fikirlərə etirazlar davam edir.

Teleqraf.com xəbər verir ki, Təbriz, Urmiya, Ərdəbil, Parsabad və digər bölgələrdən sonra Çaypara şəhərində də etirazlar başlayıb.

Şəhərin küçə və prospektlərindən şüarlar asan azərbaycanlı milli-mədəni fəallar nazirin irqçi fikirlərini pisləyiblər.

Fəallar eyni zamanda, azərbaycanlı siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər. Şəhərin müxtəlif məntəqələrinə “Türk dili mənim qırmızı xəttimdir” və “Azərbaycanlı milli-mədəni fəalları azad edin” kimi şüarlar yazılıb.

Qeyd edək ki, Məhəmməd Bəthayi qeyri-fars dillərin İran üçün təhlükəli olduğunu əsas gətirərək, məktəblərdə onların tədrisinə qadağa qoyulduğunu açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər