28 İyul 2018 11:52
1 704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə məşhurların sosial şəbəkə hesabını ələ keçirərək onları şantaj edən haker qrupunun yazışmaları ortaya çıxıb.

Teleqraf.com Türkiyənin “Sabah” qəzetinə istinadla xəbər verir ki, prokurorluq dəlil kimi ittihamnaməyə əlavə etdiyi bu yazışmalar insanda şok yaradır.

Sezen Aksu, Tamer Qaradağlı, Ərdal Özyağcılar, Qəmzə Özçəlik, Pinar Altuğ kimi məşhurları şantaj edən və özlərini “Ducky Layne” qrupu kimi tanıdan hakerlər votsapda qruplar yaradıblar, hesablarında isə özlərini “sosial media səhifə mütəxəssisi”, “bağlanan, silinən, oğurlanan səhifələri qaytarırıq” şəklində təqdim ediblər.

Haker qrupunun öz aralarında apardığı yazışmaların bəzilərini təqdim edirik:

Ducky (Veysel.D): Yüzlərlə hesab oğurladım. Solmaz Kağanın səhifəsini birlikdə oğurlayıb satdıq. Bu pulla dünya səyahəti etdim.

Kanka: Bakırköydə hesabı oğurladım. Az pul verirlər, əvvəlki kimi deyil. Səhifəni xilas etməyə 4 min istəyirəm, zorla 3 minə endirirlər.

A.Xalid: Kanka, adamlar nömrəmi tapıb mənə yazırlar. Pulu almısan, hesab geri qaytar deyirlər.

Bahar Ç: əlimdə 15 min məşhur nömrəsi var.


Müəllif: Cavad

Oxşar xəbərlər