Koreya Xalq Demokratik Respublikası (KXDR) hökuməti Yaponiya ilə dialoq aparılması üçün xüsusi qrup yaradıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Kiodo” agentliyi məlumat yayıb.
Hazırda qrupa kimin rəhbərlik edəcəyi məlum deyil. Bu vəzifəni KXDR-in Əmək partiyasından Kim Yen Çxolun tuta biləcəyi vurğulanıb.
Qeyd edək ki, Sinqapurda ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen İn arasında keçirilən görüşdən sonra Yaponiya Baş naziri Sindzo Abe rəsmi Pxenyanla etibarlı münasibətlərin qurulmasının tərəfdarı olduğunu vurğulayıb.