ABŞ prezidenti Donald Tramp Kaliforniyada meşə yağınlarının tüğyan etməsi səbəbindən ştatda fövqəladə vəziyyət elan edib.
Bu barədə "Report" RT-ə istinadən xəbər verir.
"Bu gün prezident Donald Tramp Kaliforniya ştatında fövqəladə vəziyyət rejiminin tətbiq olunması və yerlərdə meşə yanğınlarına görə fövqəladə şəraitlə əlaqədar ştata federal dəstəyin verilməsi haqqında sərəncam imzalayıb", - deyə bununla bağlı imzalanan sənəddə deyilir.
Daha əvvəl iyulun 23-dən başlayaraq ştatda on minlərlə insanın təxiyyə edildiyi bildirilib.
ABŞ-ın yanğınsöndürmə xidmətinin iki əməkdaşı regionda yanğının söndürülməsi zamanı həlak olub.