18 Avqust 2014 11:14
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş baş naziri, Ermənistanın ABŞ-dakı səfiri Tiqran Sərkisyan vətənindən tam ayrılıb Amerika cəmiyyətinə inteqrasiya oluna bilmir.

Teleqraf.com modern.az-a istinadən xəbər verir ki, hökumətin keçmiş rəhbəri vaxtının çoxunu Ermənistanda keçirir və coşqun həyat sürür: “Sərkisyan toy mərasimlərində, ad günlərində iştirak edir”.
Məlumatda qeyd edilir ki, o, yaxınlarda “Domama” restoranlar kompleksinin sahibinin oğlunun toy mərasimində də yaxından iştirak edib.

Digər mənbə isə bildirib ki, Tiqran Sərkisyanı Ermənistanın ABŞ-dakı konsulunun oğlunun toy mərasimində görüblər. Orijinal toy olub: nikah mərasimi Saqmosavank kilsəsində keçirilib. Bundan sonra toy iştirakçıları kilsənin yaxınlığındakı mərasim yerinə gediblər. Digər məlumata görə, həmin obyekt konsula məxsusdur və məhz oğlunun toyunu keçirmək üçün tikilib.


Müəllif: