31 İyul 2018 16:26
1 951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qeyri-fars dillərin İranın ümumtəhsil müəssisələrində qadağan edildiyini açıqlayan Təhsil naziri Məhəmməd Bəthayi məsələ ilə əlaqədar sünni məzhəbindən olan millət vəkilləri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə qeyri-fars dillərin məktəblərdə tədris edilməsi məsələsi müzakirə edilib.

Lakin Məhəmməd Bəthayi millət vəkillərinin təkidinə baxmayaraq, təhqir etdiyi xalqlardan üzr istəməyib.

“Ölkə Konstitusiyasına əsasən, ikidilli bölgələrdə bütün dərslər rəsmi dildə (fars) keçirilməlidir. Lakin təhsil prosesində yerli dillərin əhəmiyyətini də unutmaq olmaz”- deyə o, bildirib.

Qeyd edək ki, Məhəmməd Bəthayi qeyri-fars dillərin İran üçün təhlükəli olduğunu iddia edərək, məktəblərdə tədrisinin qadağan edildiyini demişdi.

Nazirin irqçi fikirləri Güney Azərbaycanda etirazlara səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər