Avropa İttifaqı (Aİ) Krım körpüsünün tikintisində iştirak edən Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunmuş qərarında bildirilir.
Qərarda qeyd olunur ki, Aİ Şurası Krım və Sevastopol qanunsuz ilhaq olunmasından sonra Krım körpüsünün tikilməsini Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini sarsıdan hərəkətlər hesab edir.
Siyahıya Rusiyanın 6 şirkəti daxil edilib.