Mərkəzi Afrika Respublikasında naməlum silahlı qrup tərəfindən qətlə yetirilən 3 rusiyalı jurnalistin meyitləri Moskvaya avqustun 4-də çatdırılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən aldığı məlumata istinadən “Araşdırmaların İdarəolunması Mərkəzi” Qeyri-Hökumət Təşkilatının rəhbəri Andrey Konyaxin bildirib.
Qeyd edək ki, Orxan Camal, Kirill Radçenko və Aleksandr Rastorquyev bu Afrika ölkəsinə Vaqnerin Xüsusi Hərbi Kompaniyası (rusca ÇVK Vaqner) adlandırılan qeyri-rəsmi muzdlu hərbi birləşmə ilə bağlı film çəkilişi üçün getmişdilər.