2 Avqust 2018 12:25
2 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranı Qırmızı dənizdə əhəmiyyəti ilə seçilən Babud Mendeb boğazını bağlamaması üçün xəbərdarlıq edirəm.

Teleqraf.com xəbər verir ki, bu xəbərdarlığı İsrailin baş naziri Binyamin Netanyahu edib:

“İran Babud Mendeb boğazını bağlamağa çalışarsa, qarşısında güclü bir koalisiya görəcək. Bu koalisiyada İsrail də təmsil olunacaq”.

Baş nazir koalisiyanın hansı ölkələrdən təşkil ediləcəyi haqda danışmayıb. Bildirib ki, bu dəniz İsrail üçün olduqca faydalıdır, onun sayəsində İsrail gəmiləri istədikləri ünvana çata bilir və bu, ölkənin gücünə güc qatır.

Qeyd edək ki, ötən həftə İranın dəstəklədiyi Husilər Qırmızı dənizdə Səudiyyə Ərəbistanına aid iki neft daşıyan tankerə hücum edib. İranın İnqilab Keşikçiləri Korpusunun generalı Qasım Süleymani bu hücumdan sonra bildirib ki, Qırmızı dəniz artıq ABŞ üçün təhlükəsiz deyil.


Müəllif: Cavad

Oxşar xəbərlər