2 Avqust 2018 17:04
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnə Sinqapurda keçirilən görüşdə verdiyi sözü yerinə yetirdiyi üçün təşəkkür edib və yenidən görüşəcəklərini xatırladıb.

Teleqraf.com xəbər verir ki, bu barədə o özünün “Tvitter” səhifəsində bildirib.

Donald Tramp qeyd edib ki, söhbət Koreya yarımadasında həlak olanların qalıqlarının ABŞ-a qaytarılmasına dair verilən vəddən gedir.

ABŞ Prezidenti daha sonra yazıb: “Sədr Kim Çen İn, çox sağ olun. Mən sizin bu yaxşı addımınıza qətiyyən təəccüblənmədim. Sizinlə yeni görüşümüzü səbirsizliklə gözləyirəm”.


Müəllif: Səxavət

Oxşar xəbərlər