4 Avqust 2018 19:12
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen İn Donald Tramp ABŞ Prezidenti Donald Trampı aldadır.

Teleqraf.com xəbər verir, “Reuters” agentliyi koreyalı lideri Ağ Ev rəhbəri ilə əldə etdiyi anlaşmanın şərtlərini yerinə yetirmədiyini bildirib.

Agentlik bunu Sinqapurda baş tutan görüşdən sonra ABŞ-ın Şimali Koreyaya yönəlik sanksiyaları davam etdirməsi ilə əlaqələndirir və qeyd edir ki, beynəlxalq təzyiqlərə baxmayaraq, Kim Çen İn nüvə proqramının həyata keçirilməsində israrlıdır:

“2006-cı ildən rəsmi Pxenyana tətbiq edilən sərtləşdirilmiş sanksiyalar davam etdirilir. Həmin tarixdən bu günədək sanksiyalar hər 6 aydan bir uzadılır. Xüsusilə, 2017-ci ildə BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya toxuculuq məhsullarının ixracı ilə bağlı qoyduğu qadağa Pxenyana vurulmuş ən ağır zərbələrdən biri idi. Çünki bundan sonra ciddi maliyyə problemi ilə üzləşən Şimali Koreya neft məhsullarının satışını da 2 milyon barelədək azaltmaq məcburiyyətində qaldı.

Pxenyan iki ay əvvəl Donald Trampla Sinqapurda keçiriləcək görüşə ümid edirdi. Lakin bu da sanksiyaların yumşaldılmasına imkan yaratmadı”.

ABŞ kəşfiyyatı Sinqapur görüşündən sonra da Şimali Koreyanın qitələrarası raket istehsalını davam etdirdiyini bildirib.

Kəşfiyyat mənbələri iddia edir ki, Şimali Koreyanın ilk qitələrarası ballistik raketlərinin istehsal edildiyi Pxenyan şəhəri yaxınlığında yerləşən tədqiqat mərkəzində maye yanacaqla işləyən iki yeni nəsil ballistik raket istehsalı üzərində iş aparılır.

“Reuters” bunu diktatorun Trampa “pis sürprizi” adlandırır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər