5 Avqust 2018 19:15
2 706
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz 20 nəfər idik. Yerimizi dəyişdirdikdən sonra işgəncə başqa üsullarla davam etdi. Bizi hər yemək vaxtı döyürdülər. Bədənimizə elektrik verilirdi. Yeməyimizi tualetə boşaldıb “oradan yeyin” deyirdilər. Bizi əsasən, nazik su boruları ilə döyürdülər. Ayaq səsi eşitdikdə əllərimizi başımıza qoyub divara söykənmək lazım gəlirdi. Mən 2,5 il müddətində həbsdə qaldım. Yalnız bir dəfə isti su ilə çimdim”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Suriya rejiminim həbsxanasında yatan türkmən komandir Tarix Solak bildirib.

Onun sözlərinə görə, Bəşər Əsədin nəzarətində olan həbsxanalarda azı 500 minə qədər əsir var:

“Mən ən dəhşətli işgəncələrin verildiyi Saydnaya hərbi müəssisəsində 2,5 il həbs saxlanılmışam. Biz İsrail sərhədləri tərəfdə 270 nəfər idik. Ordudan ayrılıb müxalifətə qoşulmaq niyyətində idik. İçimizdən biri bizi rejimə satdı. Bundan sonra 70 faizimizi həbs etdilər”.

O, daha sonra deyib ki, həbsdən çıxdığına inanmayıb. Onlara deyiblər ki, əfv verilib:

“Həbsxanada dostlarımız son 3 ayda yeməkdən və su içməkdən qaytarmağa başladılar. Sonra bir-bir vəfat edirdilər. Mən bunların çoxunu yaşadım. Son anda azad edildim. Məni sürüyüb həbsxanadan çıxardılar. Ayaq üstə dura bilmirdim. Ölümümü gözləyirdim. Ancaq bir gün mənə azad olunduğumu dedilər. Mənə şəxsiyyətimi təsdiq edən müvəqqəti sənəd verdilər. 10 gün sonra yenidən orduya qayıda biləcəyimi bildirdilər. Mən qəbul etmədim. Qardaşlarım gəlib məni apardılar. 6 ay xəstəxanada yatdım. Çıxdıqda 40 kiloqram idim. 5 dəfə əməliyyat olundum. Bağırsağımın bir hissəsini kəsdilər”.

Solak daha sonra bildirib ki, yalnız onun saxlanıldığı Saydnayada 4 min məhkum olub: “Suriya həbsxanalarında ən azı 500 min şəxs saxlanılır. Orta məktəbləri belə həbsxana ediblər. Həbsxana olduğu bilinməyən yüzlərlə yerlər var”.


Müəllif: Cavad

Oxşar xəbərlər