İtaliyanın Bolonya şəhərində yanacaq daşıyan maşının qəzaya uğraması nəticəsində baş verən partlayışda xəsarət alanların sayı 67-ə çatıb.
Teleqraf.com-un məlumatına görə, iki nəfərin ölümü ilə bağlı yayılmış xəbər təsdiqini tapmayıb.
Qeyd edək ki, hadisə Bolonya aeroportunun yaxınlığında baş verib. Partlayışın aeroportun işinə təsir etmədiyi bildirilir
17:57
İtaliyanın Bolonya şəhərində yanacaq daşıyan maşının qəzaya uğraması nəticəsində partlayış baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində azı 20 nəfər xəsarət alıb.
Qeyd olunur ki, avtosistern digər avtombillə toqquşduqdan sonra aşıb və yanmağa başlayıb.
Şahidlər bir neçə partlayış səslərini də eşitidklərini deyiblər.
Hazırda yanğının söndürülməsi üçün hadisə yerinə helikopterlər cəlb edilib. Qəza ilə bağlı araşdırma aparılır.